01 may 2014-cü il. "Azərbaycanda sahibkarlığın inkişafı" adlı konfrans

01.05.2014. Bakı – Bu gün Hilton otelində “Azərbaycanda sahibkarlığın inkişafı” adlı konfrans keçirilmişdir. 

Konfrans Azərbycanda sahibkarlıq mühitinin səkkiz istiqamət üzrə daha da yaxşılaşdırılması məqsədilə tövsiyələrin müzakirəsinə həsr olunmuşdur. Bu istiqamətlər sırasına: sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, tikintiyə icazələrin alınması, elektrik təcizatı şəbəkəsinə qoşulma, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı, kreditlərin verilməsi prosesi, korporativ idarəetmə, idxal-ixrac əməliyyatları və müflisləşmə daxildir. Konfrans iştirakçıları bu istiqamətlər üzrə prosedurlar sayının, sərf edilən zaman və maliyyə vəsaitlərinin azaldılmasını tövsiyə etdilər.

Bu tövsiyələr Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli sahibkarlığın inkişafına dair əlavə tədbirlərə haqqında Fərmanını dəstəkləmək məqsədi daşıyır. Bu tədirlərin reallaşdırılması ölkədəki sahibkarlar üçün iş mühitini yaxşıladıracaq, sahibkarlığın çiçəklənməsinə imkan yaradacaq və Azərbaycanın reytinqini müvafiq beynəlxalq qiymətləndirmələrdə (ilk növbədə Dünya Bankının “Doing Bisiness” hesabatında) yüksəldəcək. 

ABŞ-nın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan konfrans iştirakçılarını salamlayaraq ABŞ hökumətinin Azərbaycan hökumətinin sahibkarlığın inkişafına yönəlmiş son səylərini dəstəklədiyini qeyd etdi: “Biz bu səyləri dəstəkləyirik, çünki bunlar Azərbaycan 2020: Gələcəyə Baxış inkişaf konsepsiyasında göstərilən iqtisadiyyatın şaxələndirilməsi məqsədlərinə öz töhvəsini verəcək.”

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəklədiyi “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinin icraçıları olan altı Azərbaycan ictimai birliklərinin alyansı konfransda xüsusi təkliflər paketi ilə çıxış etmişdir. Bu alyansa Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Xalça Dünyası Assosiasiyası və Gələcəyə Körpü Gənclər təşkilatı daxildir. Təkliflər paketi yaxın günlərdə Azərbaycan hökumətinə təqdim ediləcək.

USAID-in dəstəyi ilə təşkil olunmuş bu tədbirdə dövlət qurumlarının, özəl sektorun, vətəndaş cəmiyyətinin və beyin mərkəzlərinin nümayəndələri iştirak etmişdir.

Konfransın gündəliyi

Conference agenda

 

USAID haqqında daha ətraflı məlumat əldə etmək üçün təşkilatin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Vüqar Nağıyevlə əlaqə saxlayın: (elektron poçt ünvanı: vnaghiyev@usaid.gov; telefon (+994 12) 498 18 35.)