22.11.2013. Bu gün Bakıda Park Inn otelində Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda gənc sahibkarlığın inkişafı” adlı konfrans keçirilmişdir. Tədbirdə Mikromaliyyə Assosiasiyasının Direktoru Jalə Hacıyevanın "Maliyyə resurslarına çatım", Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin prezidenti İlkin Qarayevin və biznesmen Vüqar Səfərovun "Təcrübəli sahibkarlarla söhbətlər" mövzusunda məruzələri dinlənilib. Məruzələrdən sonra konfrans iştirakçıları onları maraqlandıran suallarla çıxışçılara müraciət etmiş və məruzələrlə bağlı öz tövsiyələrinə vemişlər.