Texnoparkların yaradılması ilə hələlik birbaşa hökumət qurumları məşğul olur və mövcud qanunvericilikdə məhz ölkə prezidentinin sərəncamı ilə yaradılan texnoparklara güzəştlər tətbiq olunur. Sahibkarların müstəqil birlikləri, kooperativlər və ya səhmdar cəmiyyətləri formasında texnoparkların yaradılması nəzərdə tutulmur. Bu da texnoparklarda işləmək istəyən sahibkarları hökumət qurumlarlndan asılı vəziyyətə salır.