Vergi sahəsində
Müsahibə iştirakçılarının bildirdiyinə görə, vergilər vaxtlı-vaxtında ödəndikdə vergi orqanları ilə sahibkarlar arasında problem demək olar ki, yaranmır. Lakin nəzarət-kassa aparatlarının tətbiq olunmadığı kiçik obyektlərdə adətən problem verginin məbləğinin müəyyən olunması ilə bağlı yaranır. Belə ki, belə obyektlər üçün bəzən vergi orqanları öz baxışları ilə vergi öhdəliyi müəyyən etməyə çalışırlar ki, bəzən təyin olunan məbləğ sahibkarların real vergi potensialından xeyli yüksək olur
Sanitar-epidiomoloji xidmət sahəsində
Müsahibələrdən aydın oldu ki, bu sahədə çalışan sahibkarların demək olar ki, gözəlik salonlarında çalışan işçilərin bilavasitə özlərinə və onların istifadə etdiyi avadanlıqlara, materiallara qarşı qoyulan texniki tələblərdən və qanunvercilik normalarından tam xəbərsizdirlər. Halbuki, məsələn, qanunvericilik bu sahədə çalışanların ildə azı 2 dəfə tibbi baxışdan keçməsini, onların yalnız sertiikatlaşdırılmış avadanlıqlardan və kosmetoloji məhsullardan istifadəsinə icazə verir. İstifadə olunan avadanlıq və cihazlar ultrabənövşəyi şüalar buraxan xüsusi aparatlar vasitəsilə dezinfeksiya olunmalıdır.
Əmək və sosial hüquqlarla bağlı məsələlərin tənzimlənməsi sahəsində
Müsahibələrdən aydın olur ki, əmək müfətişliyi və sosial müdaiə qurumları ilə münasibətlərdə ciddi problemlə üzləşmirlər.
Hakimiyyət orqanları ilə münasibətlər ahəsində
Bir çox qurumlarla qeyri-rəsmi ödənişlər sayəsində münasibətləri yoluna qoymaq mümkün olur. Bu sırada ilk növbədə polis orqanları və yanğın təhlükəsizliyinə məsul qurumların adı çəkildi.
Kommunal xidmət orqanları ilə münasibətlər sahəsində
Gözəllik salonları və bərbərxanalar üçün vacib olan kommunal xidmətlər elektrik enerjisi, su və kanalizasiya xidmətləridir. Müsahibələr zamanı sahibkarların bu xidmətlərin əldə edilməsi ilə bağlı əsas narazılıqları aşağıdakılarolub: (1) bu xidmətlər üzrə tarilərin həcmi kiçik və iri sahibkarlıq subyektləri üzrə differensial olmalıdır; (2) bu xidmətlərin əldə olunması üçün texniki şərtlərin verilməsilə bağlı şərtlər kiçik sahibkarlıq subyektləri üçün əlverişli deyil: texniki şərtin əldə olunması üçün uzun müddət (bəzi hallarda 1 aydan çox) və çoxlu sayda qurumlardan sənədlər tələb olunur. Bundan əlavə, sayğacların quraşdırılması üçün qeyri-rəsmi ödənişlər tələb olunur.
Əmlakın əldə olunması və rəsmiləşdirilməsi sahəsində
Gözəllik salonu və bərbərxana üçün şəxsi bina tikmək üçün torpaq sahəsi əldə etmək üçün muhiti sahibkarlar şəffaf, əlverişli hesab etmirlər. Müsahibələrdən aydın oldu ki, icra hakimiyyətlərindən torpaq sahəsinin əldə olunma qaydaları və şərtləri ümumiyytələ qeyri-müəyyəndir. Bələdiyyələrdən hərrac və müsabiqələr yolu ilə kiçik sahibkarlıq məqsədilə torpaq sahəsinin alınması bir qayda olaraq öncədən razılaşdırılıb qeyri-rəsmi ödəniş edilmədən mümkün deyil.
Qeyd: Gözəllik salonu və bərbərxana biznesi sahəsində maneələr reyestrinə daxil edilən məlumatlar "Gözəllik salonu və bərbərxana biznesi. Kiçik sahibkarlar üçün bələdçi" adlı kitabçadan götürülüb. Kitabçanı tam olaraq buradan endirmək mümkündür.