Kiçik çörək sexlərinin maliyyə mənbələrinə çıxış imkanları məhduddur. Buna görə də onlar müasir texnologiyanı tətbiq edə bilmirlər və bu da onunla nəticələnir ki, belə sexlər rəqabətdə uduzurlar.
Maddi-texniki bazalarının zəif olması səbəbindən mövcud dövlət standartlarına riayət edə bilmirlər və bununla əlaqədar tez-tez cərimə olunurlar.
İstehsal prosesində işıq və qazın kəsilməsi səbəblərindən məhsul xarab olur və bunun müqabilində hər hansı kompensasiya ala bilmirlər.
Hər hansı xammalın və yaxud istehsal prosesində istifadə edilən digər xidmət növlərinin qiymətləri qaldırılır və nəticədə çörəyin qiymətini qaldıra bilməyən sahibkar, onun çəkisini azaltmalı olur. Sonda bu da onların rəqabət qabliyyətliliyinə təsir edir.
Böyük çörək müəssisələrinin açılması və onlara xüsusi dövlət qayğısının olması, kredit əldə etmək imkanlarının daha yaxşı olması kiçik çörəkbişirmə sexlərinin sıxışdırılmasına, sonda bağlanmasına səbəb olur.
Qaz sayğaclarının, su filtirlərinin quraşdırılması və s. bu kimi öhdəliklər sahibkarların üzərində olması əlavə maliyyə tələb edir. Məsələn, çörək sexlərinə quraşdırılan qaz sayğacının qiyməti 6 000 manat civarındadır. Bu məbləğ bəzi kiçik sahibkarların yarım illik xalis gəliri qədərdir.