30 aprel 2022. SBİİYF-in ofisində iqtisadçı-ekspertlərin, MHŞT QHT koalisiyasının Şura üzvlərinin və ölkənin digər ictimai xadimlərinin birgə görüşü

30 aprel 2022-ci il. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun ofisində “Ödədiyini açıqla” Qlobal hərəkatının dəstəklədiyi “Disclose the Deal” kampaniyası çərçivəsində Ukraynanın DiXi Group təşkilatının həyata keçirdiyi layihə əsasında Azərbaycanın bir qrup iqtisadçı-ekspertlərinin, MHŞT QHT koalisiyasının Şura üzvləri və ölkənin digər ictimai xadimlərinin birgə görüşü keçirilib. Görüşdə Azərbaycan mədən sənayəsində bağlanmış kontraktların açıqlanması və bu sahədə şəffaflığın artırılması mövzusunda ekspert Sabit Bağırovun təqdimatı dinlənilib və müzakirə edilib.

Görüşdə ölkəmizdə hasilat sənayesində bağlanmış müqavilələrin açıqlanmasının real vəziyyətini özündə əks etdirən ilkin hesabatın hazırlanması və benefisiar sahibliklə bağlı əvvəldən başlanmış fəaliyyətlərin yenidən gündəmə gətirilməsi haqqında qərar qəbul edildi.