ELAN

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) 

E L A N

Əziz Şuşaya qayıtmaq niyyətində olan həmvətənlərimiz!

Əgər Siz Şuşaya döndükdə malik olduğunuz peşə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı düşünürsünüzsə, təşkil etdiyimiz biznes təlimləri Sizin gələcək uğurlarınızın təməli ola bilər. Bu təlimləri professional biznesmenlər keçirəcək və Sizlərə sahibkarlıq fəaliyyəti ilə əlaqəli bir çox biliklər verəcək (biznes-planın hazırlanması, bazar araşdırması, maliyyənin tapılması yolları, vergilərin ödənilməsi, sosial şəbəkələrdən istifadə və s.).

Təlimdə yaşından, cinsindən, milliyyətindən, dini etiqadından asılı olmayaraq və ötən illərdə dövlət və ya beynəlxalq təşkilat tərəfindən təşkil edilən sahibkarlıq təlimlərində iştirak etməyən şuşalılar iştirak edə bilər. Təlimə yazılmaq üçün aşağıdakı Whatsapp nömrəmizə zəng edin və ya Email ünvanımıza niyyətinizi bildirin. Bundan sonra Sizə kiçik anket forması göndəriləcək, onu doldurub həmin Whatsapp nömrəmizə və ya Email ünvanımıza 3 gün ərzində təqdim etməli olacaqsınız. Təlimdə cəmi 30 nəfər iştirak edə biləcək. Müraciət edənlərin sayı daha çox olduqda xüsusi komissiya seçim aparacaq.

Təlimlər 10 nəfərlik qrup formasında 5 gün (gündə 6 saat, yemək və çay daxil) ərzində keçiriləcək.

Təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənir.

 

Sabit Bağırov,

SBİİYF rəhbəri