Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) həyata keçirdiyi “Döndükdə gəlirimiz olsun” adlı qrant layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənir. Layihənin məqsədi Şuşaya dönən sakinlərin məşğulluğunun təmin edilməsi yolu ilə onların gəlir mənbələri əldə etmələrinə yardım göstərməkdir.
Bu niyyətlə layihənin birinci komponenti çərçivəsində 30 nəfər Şuşalı layihə iştirakçısı seçiləcək və onlara sahibkarlıq mövzularında təlimlər keçiriləcək, biznes-məsləhətlər veriləcək, biznesə başlamaq üçün ilkin addımlarda digər yardımlar ediləcək. 30 nəfər iştirakçı 3 qrupa bölünəcək və hər qrup üçün 5 günlük təlimlər keçiriləcək.
Təlimlərdən sonra hər iştirakçıya mentor təyin ediləcək.
Layihənin ikinci komponenti çərçivəsində xarici investisiyaların təşviqi üçün bir sıra işlər görüləcək və aidiyyatıəti qurumların diqqətinə təkliflər paketi təqdim ediləcək.
Layihənin müddəti 4 aydır, 2022-ci il Noyabrın 30-da bitir. Layihənin sonunda yekun konfransı keçiriləcək. Layihəyə ayrılmış qrantın həcmi 30100.00 manatdır.