LAYİHƏNİN KOMPONENTLƏRİ

Layihə aşağıdakı komponentlərdən ibarətdir:

1. Qadın sahibkarlar üçün biznes mühitinin yaxşılaşdırılması məqsədilə əsas yerli tərəfdaşların bacarıqlarının artırılması:

Əsas fəaliyyətlər:

- Ehtiyac və maneələri aşkara çıxarmaq məqsədilə 10 regionda 500 sahibkar qadın arasında sorğu;

- Əsas idarəetmə maneələrini aradan qaldırmaq üçün vəkillik və siyasət tövsiyələri;

- Gender təlimləri;

- Maliyyəyə əlçatanlılıq (maliyyə intuisiyaları ilə iş);

- Qadın sahibkarlığına həsr edilən konfransların keçirilməsi.

2. Bacarıqların artırılması, peşə təlimləri və yeni biznes startapları vasitəsilə qadınların iqtisadi iştirakçılığının artırılması:

Əsas fəaliyyətlər:

- Liderlik təlimləri;

- Sahibkarlıq təlimləri;

- Peşə təlimləri;

- Mentorluq.

3. Qadın sahibkarların bazara çıxışının yaxşılaşdırılması:

Əsas fəaliyyətlər:

- Mobil telefon tətbiqləri və EDF veb-səhifəsi vasitəsilə faydalı məlumatlara çıxış imkanlarını artırmaq;

- Qadın sahibkarlıq fəaliyyətini dəstəkləyən təşəbbüslər və digər mövzularda qadın sahibkarların məlumatlandırılmasını artırmaq üçün qadın şəbəkə platformalarını təbliğ etmək.