Layihə haqqında

1.Layihənin adı

Dövlət-Biznes-QHT üçbucağının  genişlənməsi yolları

 

2.Problemin qısa təsviri və aktuallığı

Azərbaycanda Korporativ Sosial Məsuliyyət sahəsində həm nəzəri baxımdan (xüsusilə, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi, PwC şirkəti və digər qurumlar), həm də praktiki baxımdan 2000-ci illərin əvvəllərindən böyük işlər görülüb. Bununla belə, Dövlət-Biznes-QHT üçbucağının potensialından tam istifadə hələ edilmir. Məsələn, Qazaxstanda hətda müvafiq Əməkdaşlıq Memorandumu imzalanıb, illik böyük Forumlar keçirilir.

QHT Dövlət Agentliyinin Nizamnaməsində də bu sahənin aktuallığı təsdiq edilir:

“3.1.2. dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərini təşviq etmək, bu məqsədlə təhlillər və monitorinqlər aparmaq, sorğular keçirmək və onlar arasında qarşılıqlı əməkdaşlığın stimullaşdırılması və inkişafı istiqamətində tədbirlər görmək”

 

3.Layihənin ideyası və qısa təsviri

İdeya: Sosial məsuliyyət və Dövlət-Biznes-QHT üçbucağının uğurla işləməsində müvəfəqiyyətlər qazanmış ölkələrin təcrübəsini öyrənməklə Azərbaycanda da bu üçbucağın səmərəliliyinin artırılması yollarını aramaq və qeyd edilən üçbucağın hər bucağını təmsil edən subyektlərə (dövlət qurumları, şirkətlər və QHT-lər) tövsiyələr paketini hazırlayıb təqdim etmək.

 

4.Layihənin məqsəd və vəzifələri

Məqsəd: Azərbaycanda Dövlət-Biznes-QHT üçbucağının daha da səmərəli işləməsinə dair təkliflər hazırlamaq. Vəzifələr: 1) Üçbucağı uğurlu işlədən ölkələrin təcrübəsinin təhlili; 2) Yüksək səviyyədə sosial məsuliyyətli şirkətlərin dövlət və QHT-lərlə uğurlu əməkdaşlıq edən şirkətlərin təcrübələrinin təhlili; 3) Uğurlu üçbucaqlarda təmsil olunan QHT-lərin təcrübələrinin təhlil; 4) Azərbaycan üçün təkliflər paketi hazırlamaq.

 

5.Layihənin hədəf qrupu və faydalananlar

Layiənin hədəf qrupuna sosial problemlərin həlli ilə məşğul olan dövlət qurumları,  Azərbaycanda fəaliyyət göstərən iri və orta həcmli (Nazirlər Kabinetinin təsnifatına əsasən) şirkətlər və QHT-lər daxildir.

Layihənin nəticəsində hazırlanacaq təkliflər paketi qəbul edildikdə faydalananlar sosial problemlərlə üzləşən Azərbaycan vətəndaşları olacaq.

 

6.Layihənin həyata keçiriləcəyi coğrafi ərazi və onun seçilmə səbəbi

Azərbaycan, Bakı

 

7.Layihənin icra müddəti, başlanma və bitmə tarixi

4 ay: 01.07.2023 – 31.10.2023

 

8.Layihənin büdcəsi

9 000 (doqquz min) manatdır.)