Azərbaycanın 22 şəhər və rayonunda yaşayan 392 sahibkar qadın üçün iki günlük "Öz biznesinə başla və inkişaf etdir” təlimləri keçirilmişdir. Sahibkarlıq bacarıqlarının artırılması məqsədilə ümumilikdə 15 təlim keçirilib.
Təlimlərdə bu şəhər və rayonlardan olan qadınlar iştirak edib:
1) Bakı,
2) Quba,
3) Xaçmaz,
4) Sumqayıt,
5) Şirvan,
6) Cocuq Mərcanlı,
7) Mingəçevir,
8) Şamaxı,
9) Qəbələ,
10) Qax,
11) Tovuz,
12) Gəncə.
13) Ağdam.
Təlimin ilk günündə ümumilikdə 392 qadın, ikinci günündə 343 qadın təlimlərə qatılmışdır.
Aşağıdakı cədvəl təlimlərin keçirildiyi tarixləri və iştirakçıların sayını əks etdirir.
№ |
Təlimin keçirildiyi yer (birinci qeyd edilir) və digər rayondan da iştirakçılar |
Tarix |
Iştirakçıların sayı, |
1 |
Bakı - Abşeron |
08-09 Oktyabr |
15+15 |
2 |
Quba - Qusar |
10-11 Oktyabr |
24+20 |
3 |
Xaçmaz |
12-13 Oktyabr |
29+21 |
4 |
Sumqayıt |
15-16 Oktyabr |
48+34 |
5 |
Bakı (2-ci) |
10-11 Noyabr |
26+20 |
6 |
Şirvan – Hacıqabul - Neftçala |
12-13 Noyabr |
29+29 |
7 |
Cocuq-Mərcanlı - Fizuli |
14-15 Noyabr |
19+10 |
8 |
Mingəçevir |
16-17 Noyabr |
27+27 |
9 |
Şamaxı |
8-9 Dekabr |
26+25 |
10 |
Qəbələ - İsmayıllı |
10-11 Dekabr |
27+26 |
11 |
Qax - Balakən |
15-16 Dekabr |
27+26 |
12 |
Tovuz - Qazax - Aqstafa |
17-18 Dekabr |
28+27 |
13 |
Gəncə |
24-25 Dekabr |
30+30 |
14 |
Bakı (3-cü)-Sabunçu rayonu |
6-7 fevral |
17+13 |
15 |
Ağdam |
12-13 fevral |
20+20 |
392+343 |
Təlimlərə hazırlıq 2018-ci ilin avqustundan başlayıb. Təlim proqramına aşağıdakı mövzular daxil edilib:
- biznes ideyalar
- sahibkarlıq
- biznes fəaliyyətinə başlamaq və biznesi qeydiyyatdan keçirmək
- vaxtın idarəedilməsi
- maliyə idarəedilməsi
- biznes plan
- innovasiya
- vergilər
- sərmayə qoyuluşu
Fəaliyyət təlim proqramının yazılması ilə başladı. Proqram UNDP, Counterpart və Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq edilərək hazırlanmışdır. Təlimçi Azad Rəhimov - Beynəlxalq Əmək Təşkilatının təlimçisidir. .
İştirakçılar: Bakı-1, Bakı-2, Sumqayıt, Xaçmaz, Quba, Şirvan, Cocuq Mərcanlı, Mingəçevir, Şamaxı, Qəbələ, Qax, Tovuz, Gənjə