4 sentyabr 2019-cu il. Qax şəhəri yaxınlığında yerləşən məşhur “Bal evində” USAID – nin yardımı ilə həyata keçirilən “Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində Şəki, Zaqatala, Qax və Balakəndən olan 20 qadın arıçı ilə görüş keçirilmişdir. Görüşün məqsədi qadın arıçıların rastlaşdıqları çətinlikləri nəzərdən keçirmək, onların müxtəlif avadanlıq və ləvazimatlara ehtiyaclarını öyrənmək idi. Bu məlumatlara əsasən adı çəkilən layihədə iştirak edən arıçı xanımlara müvafiq yardımlar ediləcək. Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin regional nümayəndəsi Qalib Nəbiyev, Azərbaycan Balçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov və qeyd edilən layihənin rəhbəri Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov iştirak etmişlər.