Layihənin ümumi məqsədi Azərbaycanda kiçik sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitin yaradılmasıdır. ABŞ-ın USAID təşkilatının maliyə dəstəyi ilə həyata keçirilən bu layihədə altı QHT tərəfdaşlıq edir. Bunlar:
1. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF - Bakı şəhəri);
2. Kiçik və Orta Sahibkarlığın İnkişafına Yardım Mərkəzi (KOSİYM - Bakı şəhəri);
3. Xalça Dünyası Assosiasiyası (XDA - Quba rayonu);
4. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM - Bakı şəhəri);
5. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi (İTYM - Bakı şəhəri) və
6. "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi (GK İB - Gəncə şəhəri) təşkilatlarıdır.
Layihədə nəzərdə tutulan məqsədə çatmaq üçün iştirakçılar üç əsas vəzifəni yerinə yetirməyə çalışacaqlar:
1. Ölkədə kiçik sahibkarlığın inkişafı məsələləri üzrə dövlət və vətəndaş cəmiyyəti arasında dialoqun və qarşılıqlı münasibətlərin yaxşılaşdırılması.
2. Kiçik sahibkarlığa imkan verən qanunvericilik və normativ-hüquqi bazanın yaxşılaşdırılması.
3. Kiçik biznesin, xüsusilə qadın ailə biznesinin həyat qabiliyyətini və uğurlu inkişafını təmin etmək üçün əməli yardım göstərmək.
Bəs bu vəzifələrin uğurla yerinə yetirilməsinə necə nail olmaq mümkündür? Bunun üçün aşağıdakı istiqamətlərdə fəaliyyətlərin yerinə yetirilməsi nəzərdə tutulur:
1. Kiçik sahibkarlıq müəssisələrinin üzləşdiyi problemləri tədqiq etmək;
2. Hüquqi bazanı yaxşılaşdırmaq;
3. Kiçik sahibkarlığı dəstəkləyəcək milli siyasət təşəbbüsü irəli sürmək;
4. İnstutsional və hüquqi islahatlar üçün vəkillik etmək;
5. Kiçik biznesi qanunların ədalətsiz tətbiqindən və korrupsiyadan qorumaq üçün mexanizmlər işləyib hazırlamaq;
6. Hüququ baza və potensial dəyişikliklərlə bağlı ictimai məlumatlılığı artırmaq;
7. Qadın sahibkarlıq fəaliyyətini dəstəkləmək.
Layihə yeddi komponentdən ibarətdir:
1. Kiçik sahibkarlıq problemlərinin qiymətləndirilməsi və siyasət tövsiyələri
2. Sahibkarlıq mühitinin təmin edilməsi üçün hüquqi baza
3. Sahibkarlıq mühitinin təmin edilməsi üçün instutsional baza
4. Kiçik sahibkarlığın bürokratik özbaşınalıqlardan qorunması mexanizmi
5. Kiçik sahibkarlığın rəqabətə davamlılığını və səmərəliliyini artırmaq
6. Qadınlar arasında sahibkarlıq fəaliyyətinin artırılması
7. Maliyyə mənbələrinin əldə edilməsi
Layihə bitdikdə bir sıra institusional tədbirlər, mexanizmlər və təcrübələr tətbiq olunacaq. Onların vasitəsilə ölkənin vətəndaş cəmiyyəti təşkilatları, sahibkarlar, beyin mərkəzləri ölkənin iqtisadi inkişafı üzrə yerli şəratin formalaşdırılmasında fəal rol oynayacaq. Nəticədə,
1. bərabər rəqabəti və bərabər imkanları dəstəkləyən daha yaxşı milli qanunvericilik mexanizmləri qurulacaq,
2. konsensusu təmin edəcək siyasəti qurmaq təcrübəsi və əməkdaşlıq platformaları yaradılacaq,
3. vətəndaşlarda biznesə qoşulmaq həvəsi yüksələcək və regionlarda şəxsi gəlirlər artacaq və s.