25.10.2016. "Assosiasiyalarda üzvlüyün artırılması" və "Əlaqələrin qurulması və inkişaf etdirilməsi" mövzularında təlimlər

25 oktyabr 2016-cı il tarixində Holiday Inn Otelinin konfrans zalında "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) təşkilatçılığı ilə Biznes-assosiasiyalar üçün "Assosiasiyalarda üzvlüyün artırılması" və "Əlaqələrin qurulması və inkişaf etdirilməsi" mövzularında təlim keçirilmişdir.

Təlimdə müxtəlif biznes assosiasiyaların nümayəndələri, ictimai birliklərin nümayəndələri və ekspertlər iştirak etmişdir. Təlimi giriş nitqi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov açdı. Sonra, Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru Jalə Haçıyeva "Assosiasiyalarda üzvlüyün artırılması üsulları" mövzusunda təlim keçdi. Nahar fasiləsində sonra Jalə Haçıyeva təlimi "Əlaqələrin qurulması və inkişaf etdirilməsi" mövzusu ilə davam etdirdi.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdimat edildi.

Tədbirin gündəliyi

İştirakçılar