2016-cı il iyunun 3-də “İqtisadi İnkişaf” Ekspert Şurasının geniş tərkibdə görüşü keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahalar üzrə köməkçisi xidmətinin hazırladığı Yol Xəritəsi ilə əlaqədar bir sıra sənədlərə dair Şuranın rəyinin hazırlanması olmuşdur.
Bunlar aşağıdakı sənədlərdir:
1. Kommunal xidmətlər: elektrik, qaz, su.
2. Ağır sənaye və maşınqayırma.
3. Uyğun qiymətə mənzillər və s.
4. Kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı.
5. Milli iqtisadiyyat perspektivi.
6. Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı və digər istehsalat.
7. Neft və qaz (kimya məhsulları daxil olmaqla)
8. Logistika və ticarət.
9. Maliyyə xidmətləri.
Görüşdə Ekspert Şurası üzvlərinə bu məsələlərlə bağlı sənədlər təqdim edilib və onlara dair rəyin hazırlanması üzrə üzvlər arasında iş bölgüsü aparılmışdır.