2016-cı il aprelin 29-da Gəncə şəhərində sahibkarl olmaq istəyən qadınlar üçün təlim keçirilmişdir. Təlim "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən keçirilmişdir.
Təlimdə 18 gənc tələbə xanım iştirak etmişdir.
Tədbir "Gələcəyə Körpü" İctimai Birliyinin ofisində keçirilmişdir.
Təlimçilər Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) prezidenti Sabit Bağırov və Kiçik və Orta Sahibkarlığın İnkişafına Yardım Mərkəzinin rəhbəri, Azekokonsaltinq Şirkətinin prezidenti İlkin Qarayev olmuşdur.
İştirakçılara aşağıdakı mövzularda təlim keçirilmişdir:
Biznes ideya nədir
Biznes ideyanın ilkin qiymətləndirilməsi
Biznes ideyanın həyata keçirilməsi şərtləri
Uğurlu biznesin sirləri
Biznes plan nədir
Biznes planlaşma hansı mərhələrdən keçir
Biznes plana əsas tələblər
Biznes planın strukturu
Bazar araşdırması
Risklərin araşdırılması
Biznes Plan nümunəsi
Təlimin sonunda təlimçilər iştirakçıların suallarını cavablandırmışdır.
Təlimçilər vurğulamışlar ki, iştirakçılar Skype vasitəsilə ilə ekspertlərdən müxtəlif sahibkarlıq məsələlərinə dair məsləhətlər ala bilərlər.
Təlim interaktiv qaydada və qarşılıqlı müzakirələr şəraitində keçmişdir.
Təlimin sonunda işitakçılara sertifikatlar təqdim olunmuşdur.