İnqilab Əhmədov Xəzər Universitetinin İqtisadiyyat və Menecment departamentinin professorudur.
Əmək fəaliyyətini Azərbaycan Neft Akademiyasında müəllim kimi başlamışdır. Sonralar Bakıda fəaliyyət göstərən Strateji Təqdqiqat Mərkəzinin elmi işçisi olmuş, daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müşaviri təyin edilmişdir.
1995-ci ildən “Trend” Analitik İnformasiya Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır. Daha sonra 2004-2010-cu illər İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru olmuşdur. Tədqiqat imkanlarını genişləndirmək üçün Oksford, Kiel və Readinq Universitetlərində mühazirələr oxumuş və tədqiqatlar aparmışdır.
Onun əsas tədqiqat mövzuları neft gəlirlərinin idarə edilməsi, neft amilinin iqtisadiyyata təsirləridir. Professor Əhmədov 30-a yaxın məqalə və kitabların müəllifidir.
Xəzər Universitetinin İqtisadiyyat və Menecment departamentinə 2008-ci ildən qoşulmuş və burada hazırkı dövrə qədər Enerji İqtisadiyyatı, İctimai Maliyyə və digər fənnləri tədris edir.
İnqilab Əhmədov Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) beynəlxalq idarə heyətinin üzvü olmuşdur.
İnqilab Əhmədov Leninqrad Dövlət Universitetini fərqlənmə diploma ilə bitirmiş, həmin Universitetdə 1990-cu ildə namizədlik disertasiyasını, sonralar, 2000-ci ildə Sankt-Peterburq Dövlət Maliyyə və İqtisadiyyat Universitetində doktorluq disertasiyasını müdafiə etmişdir.
2008-ci ildə Chevening Fellowship proqramı çərçivəsində Böyük Britaniyanın Readinq Universitetində Enerji İqtisadiyyatı üzrə təhsil almışdır.