Cənab İlkin Qarayevin 25 ildən çox iş və məsləhətçi təcrübəsi var. 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Karyerasına bank sektorunda 1991-ci ildə başlamışdır. 1993-cü ildə Türkiyə Banklar Birliyi tərəfindən verilmiş imtahandan müvəffəqiyyətlə keçmiş və Türkiyədə bank işi üzrə bir illik təhsil almaq imkanı əldə etmişdir. Bu təhsili bitirdikdən sonra 1997-ci ilə qədər müxtəlif banklarda şöbə müdiri vəzifəsində çalışmışdır.
1997-ci ildən bəri, cənab İlkin Qarayev, fərdi olaraq xüsusi sifarişli tədqiqat layihələrində ixtisaslaşmış Azərbaycanın tam xidmət göstərən aparıcı tədqiqat şirkətlərindən biri olan Azecoconsulting şirkətinin prezidenti və qurucusudur.
İctimai fəaliyyət sahəsində 2002-2006-cı illərdə Milli QHT Forumu sədrinin müavini olmuşdur. 2001-2002-ci illərdə Yoxsulluğun Azaldılması Strategiyaları Sənədi adlı Dövlət Proqramının Hazırlanması işçi qrupunun üzvü olmuşdur. 2016-cı ildə “Milli iqtisadiyyat və əsas iqtisadi sektorlar üçün strateji yol xəritələri” üzərində işləyən işçi qrupuna KOBİ sektorunda mütəxəssis olaraq qatıldı.
Cənab İlkin Qarayev 2000-ci ildə Azərbaycan Bank Təlim Mərkəzinin fəaliyyətinin ilk günlərindən ABTM-də çalışır. 2004-2006-cı illərdə ABTM-də BMK və BP-nin sponsorluğu ilə “KOBİ-lər üçün biznes xidmətlərinin inkişafı” layihəsinin Layihə meneceri vəzifəsində çalışıb. 2000-ci ildən bəri cənab İlkin Qarayev ABTM-də beynəlxalq ticarətin maliyyəsi, LC, marketinq və satış və müştəri xidmətləri mövzularında təlimlər keçir və məsləhətlər verir. Fəaliyyəti dövründə İlkin Qarayev bir çox idarəetmə, marketinq və bazar araşdırması layihələrinə rəhbərlik və ya iştirak etmişdir.
Bu müddətdə AYİB və Almaniya İnkişaf Agentliyi (GIZ) tərəfindən maliyyələşdirilən çoxsaylı layihələrin mütəxəssis-təlimçisi olub və adı çəkilən institutlarla əməkdaşlığı davam etdirir. 2005-2006-cı illərdə eBSI tərəfindən Beynəlxalq Ticarət Mütəxəssisi Akkreditasiya (ITS) proqramında təhsil almış və Beynəlxalq Ticarət Mütəxəssisi olaraq Fəxri Sertifikat almışdır.
2006-cı ildən başlayaraq "KOBİ İnkişafına Dəstək Mərkəzi" adlı yerli bir QHT sədridir. 2010-cu ildə "Ümumi İdarəetmə Qrupu" adlı şirkətlər qrupunun vitse-prezidenti vəzifəsin