Kənan Aslanlı Vyana Tətbiqi Elmlər Universitetinin (Avstriya) qonaq mühazirəçi müəllimi (2013-2015-ci illər), Bremen Universiteti Şərqi Avropa Tədqiqatlar Mərkəzinin (Almaniya) enerji siyasəti layihəsində Azərbaycan üzrə tədqiqatçı (2009-2013-cü illər) kimi çalışıb.
Kənan Aslanlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetinin yay məktəbində mühazirəçi olub. O müxtəlif illərdə İctimai Vəsaitin Monitorinqi Mərkəzi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi, Açıq Hökumət Tərəfdaşlığı, Beynəlxalq Büdcə Təşkilatı, Avropa Komissiyası və Asiya İnkişaf Bankının layihələrində tədqiqatçı və ya koordinator olaraq çalışıb.
Kənan Aslanlı Azərbaycan iqtisadiyyatı və post-sovet ölkələri ilə bağlı 8 kitab, 50-yə yaxın məqalənin müəllifi və ya həm-müəllifidir.