Samir Əliyev

 

Samir Əliyev Media və İctimai Təşəbbüslər Mərkəzinin sədri, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvüdür. O, həmçinin “İqtisadi forum” jurnalının baş redaktorudur. S.Əliyev eyni zamanda yerli ekspertlər və jurnalistlər üçün dövlət maliyyəsi sahəsində peşəkar məlumat bazası funksiyasını daşıyan www.budget.az portalının idarəedicisidir.

S.Əliyev maliyyə və bank sektoru, sahibkarlıq, yerli özünüidarə, dövlət idarəçiliyində islahatlar, əksmərkəzləşmə, dövlət maliyyəsi, mənzil idarəçiliyi sahəsində bir sıra araşdırmaların və kitabların müəllifidir.

S.Əliyev Açıq Hökumət Təşəbbüsü (Open Government Partnership), Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (Eastern Partnership Civil Society Forum), Mədən Sənayesində Şəffaflq Təşəbbüsləri (Extractive Industries Transparency Initiative) kimi beynəlxalq təşəbbüslərdə yerli ekspert qismində çıxış edir.

O, Azərbaycan Kooperasiya Universitetinin məzunudur.