"Ətraf mühitin qorunması və ekologiya məsələləri" istiqaməti üzrə Monitorinq Hesabatının ilkin müzakirəsinə həsr edilmiş dəyirmi masa

Bakı, 19 oktyabr 2016-cı il - İqtisadi Tədqiqatlar Mərkəzi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının "Ətraf mühitin qorunması və ekologiya məsələləri" istiqaməti üzrə Monitorinq Hesabatının ilkin müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə ekologiya və iqtisadiyyat sahəsində mütəxəssislər və həmçinin İsveçrənin Azərbaycandakı səfirliyinin nümayəndəsi iştirak edib..

Tədbiri giriş sözü ilə Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov açmış və iştirakçıları salamlamışdır.

Monitorinqin nəticələri ilə bağlı Sevil Yüzbaşova və Rəcəb İmanov məruzə etmişlər.

Konfransın gündəliyi

İştirakçılar

Təqdimat: Ətraf mühitin qorunması və ekologiya məsələləri (2012 – 2015 –ci illər üçün icra vəziyyəti haqqında) MONİTORİNQ HESABATI. Sevil Yüzbaşova və Rəcəb İmanov