Ümumi məqsəd: İctimai
vəsaitlərin xərclənməsi üzərində nəzarətin səmərəliliyini artırmaq
Xüsusi məqsəd
I: İctimai vəsaitlərin xərclənməsinə nəzarət edən orqanların, o cümlədən Milli Məclis və Hesablama
Palatasının (HP) hüquqi və institusional potensialının gücləndirilməsi;
1-ci xüsusi
məqsəd üzrə fəaliyyətlər:
Hesablama Palatasına dair qanunvericilik aktlarının təhlili (bura
Hesablama Palatasının internet səhifəsində qanunvericilik bölməsinin digər normativ hüquqi aktlar alt
bölməsində yer alan 8 Qanun, Prezidentin 10 Fərmanı, Milli Məclisin 7 Qərarı, Nazirlər Kabinetinin 5 Qərar və
Sərəncamları, eləcə də Hesablama Palatasının normativ-metodiki sənədlərinə dair alt bölmədə qeyd olunan qaydalar
daxildir);
- Hesablama Palatasının illik hesabatlarının təhlili;
- Beynəlxalq təcrübənin
(İFAC, İİA, İNTOSAİ) və Avropa standartlarının (Gürcüstan, Baltik ölkələri, Rusiya, Ukrayna, Qazaxıstan
və Avropa İttifaqının ali audit qurumlarının fəaliyyəti) öyrənilməsi, bu təcrübənin və beynəlxalq
təşkilatların tövsiyələrinin geniş ictimaiyyətə təqdim edilməsi;
- Ekspertlərlə dərin müsahibələrin
və fokus qrupun keçirilməsi (bu müsahibələrə Milli Məclisin üzvləri, Milli Büdcə Qrupuna daxil
olan QHT rəhbərləri, müvafiq layihələrdə iştirak edən mütəxəssislər, tanınmış hüquqşünaslar cəlb
ediləcək);
- Hesablama Palatasının fəaliyyətinə dair Milli Məclis stenoqramların
təhlili;
- Beynəlxalq təşkilatların və maliyyə institutlarının, o cümlədən Dünya Bankı,
Beynəlxalq Maliyyə Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, BMT, Avropa Yeenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf
Bankının rəyinin öyrənilməsi;
- Hesablama Palatasının fəaliyyətinin səmərəliliyinin artırılmasına dair
tövsiyələrin hazırlanması (o cümlədən qanunvericiliyin təkmilləşdirilməsinə
dair);
- Tövsiyələrin bütün maraqlı tərəflərlə müzakirəsi (fəaliyyət növü
çərçivəsində “Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi
imkanları mövzusunda” 1 günlük konfrans keçiriləcək. Konfransa bütün maraqlı
tərəflərin nümayəndələri dəvət olunacaq. Konfransda layihə çərçivəsində hazırlanmış tövsiyələr
paketi təqdim ediləcək. Bundan sonra maraqlı tərəflərin nümayəndələri rəylərini bildirəcəklər. Konfrans zamanı
söylənən fikirlər tövsiyələr paketində nəzərə alınacaq və bundan sonra onlar Milli Məclisə təqdim
ediləcək);
- Hesablama Palatası ilə vətəndaş cəmiyyəti qurumları arasında dialoqun qurulması (bu məqsədlə
layihəni həyata keçirən ictimai birliklərin konsorsiumunun HP rəhbəliyi ilə görüşü təşkil ediləcək
və dialoqun müntəzəm xarakter daşıması üçün müvafiq Memorandum imzalanacaq. Layihə
çərçivəsində HP-nın iştirakı ilə konfrans keçiriləcək və HP-na həmin konfransda İllik Hesabatı
təqdim etmək təklif olunacaq. Konfransa bütün maraqlı tərəflərin nümayəndələri dəvət ediləcəklər.
İştirakçıların ümumi sayı 50 nəfər nəzərdə tutulur. Bu konfrans yeni ənənəyə, yəni HP-nın İllik
Hesabatlarının yalnız Milli Məclisdə deyil, ictimayətə də açıqlanmasına yol
açacaq);
- Regionlarda millət vəkillərinin iştirakı ilə ictimai dinləmələrin keçirilməsi
(görüşlər Gəncə, Naxçıvan, Quba, Şəki, Şirvan, Lənkəran daxil olmaqla 6 region mərkəzində
keçiriləcək. Müzakirələrə Milli Məclis üzvləri dəvət ediləcək);
- Parlament qrupunun
yaradılması (7-10 Millət Vəkili ilə Əməkdaşlıq Memorandumu imzalanacaq. Memorandumda məlumat mübadiləsi,
tədbirlərdə birgə iştirak, qarşılıqlı ekspert yardımı; Milli Məclis üzvlərinin köməkçilərinin
büdcə prosesi və Hesablama Palatasının vəzifələri və fəaliyyətinə dair xüsusi təlimdə iştirakı və digər
sahələrdə əməkdaşlıq formaları əks olunacaq;
- TV kanalında müzakirələrin keçirilməsi (ANS TV
kanalında «İqtisadi Forum» adlı həftəlik proqramda 5 dəyirmi masa keçiriləcək. Dəyirmi masalarda
ictimai vəsaitlər üzərində nəzarətin vacibliyi, qanunvericilikdəki çatışmazlıqlar və 1-ci komponetin
nəticəsi olan tövsiyələr müzakirə ediləcək);
- Populyar qəzetlərdə məqalələrin çap edilməsi
(2 ən populyar qəzetdə Azərbaycan və Rus dilində tövsiyələrə həsr edilmiş 5 məqalə dərc ediləcək. Bu məqalələr
ictimai vəsaitlərin səmərəli istifadəsinə, HP-na dair qanunvericiliyin təkmilləşdirilməsinə, HP-nın illik hesabatlarının
müzakirəsinə həsr ediləcək);
- Radioda müzakirələrin keçirilməsi (ANS ÇM və Azadlıq
radiosunda tövsiyələrə həsr edilmiş 6 veriliş keçiriləcək. Bu verilişlər ictimai vəsaitlərin səmərəli
istifadəsinə, HP-na dair qanunvericiliyin təkmilləşdirilməsinə, HP- nın illik hesabatlarının müzakirəsinə həsr
ediləcək. Verilişlərə tanınmış ekspertlər dəvət olunacaqlar).
Xüsusi
məqsəd II. Milli Məclis üzvləri, vətəndaş cəmiyyəti fəalları və KİV-lərin bacarığının
artırılması.
2-ci məqsəd üzrə fəaliyyətlər:
- Şərq
Tərəfdaşlığı üzrə Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması veb-səhifəsində (www .eap-csf.az)
ictimai vəsatlər üzərində nəzarətə dair xüsusi bölmənin yaradılması;
- Sosial şəbəkələrdə
(Facebookda və Tvitterdə) ictimai vəsaitlərin xərclənməsi və Hesablama Palatasının fəaliyyətinə dair forumların
keçirilməsi;
- Jurnalist müsabiqəsinin keçirilməsi;
- Milli Məclis üzvləri
və onların köməkçiləri üçün büdcə təhlilləri və HP büdcə rəylərinin
qiymətləndirilməsi üçün Büdcə Bələdçisi vəsaitinin hazırlanması və nəşri (50 səhifədən
ibarət Büdcə Bələdçisi 300 nüsxədə çap ediləcək və Milli Məclisin üzvləri və onların
köməkçilərinə paylanacaq)
- Milli Platformanın fəalları üçün təlimlərin
keçirilməsi (Bakıda və regionlarda);
- KİV nümayəndələri üçün təlimlərin
keçirilməsi (Bakıda və regionlarda);
- Vətəndaş cəmiyyətinin fəalları, o cümlədən QHT-lər, gənclər
təşkilatları və KİV-lər üçün Büdcə Bələdçisinin hazırlanması (50 səhifədən ibarət
Büdcə Bələdçisi 300 nüsxədə çap ediləcək, paytaxt və regionların ictimai birliklərinə
paylanacaq).