Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyədə” layihəsi üzrə 28.08.2017-ci il tarixində Bakıda, Holiday İnn otelində jurnalistlər üçün təlim keçirilib. Tədbirdə Niderland səfirliyinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxtəlif KİV-lərdə çalışan 15 jurnalist, ümumilikdə 23 nəfər iştirak etmişdir. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyevin açılış nitqindən sonra Niderland krallığının Azərbaycandakı səfiri cənab Otto Kervers tədbir iştirakçılarını salamlamışdır. Sonra layihənin koordinatoru Sabit Bağırov “Açıq Hökumət Tərəfdaşlığı və yaxşı idarəetmə” mövzusunda məruzə edib və sonda iştirakçıların suallarını cavablandırıb. Fasilədən sonra ”Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli “AHT Platformasının 2017 – 2020 illər üçün Strateji Fəaliyyət Planı” mövzusunda məruzə ilə çıxış edib və çıxışının sonunda iştirakçıların suallarını cavablandırıb. Tədbir, iştirakçıların müzakirələri və Əliməmməd Nuriyevin yekun sözü ilə tamamlanıb. |
Gündəlik |
İştirakçılar |
Təqdimat: "Açıq Hökumət Tərəfdaşlığı və yaxşı idarəetmə", Sabit Bağırov |
Təqdimat: "Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platforması" Strateji Planı , Zaur İbrahimli |