"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" və "Milli Məclisdə dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının qiymətləndi

05 iyul 2017-ci il. Bakı şəhəri. Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyədə” layihəsi üzrə 05.07.2017-ci il tarixində Bakıda, Holiday İnn otelində "Azərbaycan Respublikasının kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" və "Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiiyyəti institutlarının iştirakının qiymətləndirilməsi nəticələri"nin müzakirəsi keçirilmişdir.

Tədbirdə Platforma üzvü olan və olmayan qeyri-hökumət təşkilatları, xarici qurumların nümayəndələri iştirak etmişdir. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev açılış nitqindən sonra Sabit Bağırov Azərbaycan Respublikasının kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi barədə təqdimatla çıxış etmişdir. O qeyd edilən strateji yol xəritəsinin məqsədləri, hədəfləri, prioritetləri, indikatorları, son 12 ildə yürüdülən iqtisadi siyasətin dövrləri, 2014-cü ilin sonuna qədərki dövrdə müşahidə edilən arxayınlığın iqtisadi və siyası səbəbləri, milli valyutanın ucuzlaşması, biznes mühitinin yaxşılaşdırılmasına yönələn vacib intitusional islahatların başlaması və digər mühüm göstəricilər barədə məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışdı.

Daha sonra Ceyhun Musaoğlu Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiiyyəti institutlarının iştirakının qiymətləndirilməsi mövzusunda təqdimatla çıxış etmişdir. O, tədbir iştirakçılarını VC təşkilatları və Milli Məclis Komitələri arasında keçirilmiş sorğunun nəticələri ilə iştirakçıları tanış etmiş. Sorğunun maraqlı məqamlarından biri ondan ibarətdir ki, həm QHT-lər, həm də komitələr dialoqun baş tutması məqsədi ilə təkliflər irəli sürüblər. Bu təkliflərin həyata keçməsi vətəndaş cəmiyyəti institutlarının büdcə müzakirələrində iştirakını və bu zaman töhvə vermək imkanlarını yüksəldə bilər.

Tədbir, iştirakçıların müzakirələri və Əliməmməd Nuriyevin yekun sözü ilə tamamlanmışdır.

Press - reliz

Gündəlik

1-ci dəyirmi masanın iştirakçıları

2-ci dəyirmi masanın iştirakçıları

Təqdimat: "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" Məruzəçi: Sabit Bağırov

Təqdimat: "Milli Məclisdə dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının qiymətləndirilməsi". Məruzəçi: Ceyhun Musaoğlu