"Mədən sənayesində şəffaflığın səviyyəsi"nə dair ictimai müzakirə-dəyirmi masa

02 iyun 2017-ci il. Hacıqabul şəhəri. Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyətdə” layihəsi üzrə 20.05.2017-ci il tarixində Neftçala rayonunda “Mədən sənayesində şəffaflığın səviyyəsi”nə dair ictimai müzakirə keçirilmişdir. Müzakirədə müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər (QHT təmsilçiləri, neft sənayesində və başqa sahələrdə çalışan işçilər, və s) iştirak etmişdir.

İctimai müzakirədə ekspert Mirvari Qəhramanlı iştirakçılara “Mədən sənayesində şəffaflığın vacibdliyi” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda MHŞT nədir, onun prinsipləri, ictimaiyyət üçün vacibliyi, neft gəlirləri və onun xərc istiqamətləri qeyd olunmuşdur. İctimai dinləmədə iştirak edən insanlar bütün sferaları əhatə etdiyindən iştirakçılar tərəfindən sual daha çox idi. Suallar əsasən neft kəmərləri keçən ərazilərdə mülkiyyət hüquqları, dövlət ehtiyacları üçün torpaqların alınması , neft gəlirləri və bu gəlirlərin təsirinin öz rayonlarında və öz yaşam tərzində niyə hiss etmədikləri ilə bağlı idi. İştirakçıların çoxsaylı suallarına ətraflı izahat verilmişdir. İnsanların mövzuya həssaslığı,verilən suallardan aydın olur ki, rayonda bu sahə üzrə kifayət qədər məlumatlandırılma aparılmamışdır və aparılmayır. Və insanlar hələ də neft gəlirlərini gözləyir. Gələcəkdə məlumatlandırma ilə əlaqədar yeni mexanizmin seçilməsinə ehtiyac duyulur.

Ekspert Mirvari Qəhramanlı

Pres - reliz

Gündəlik

İştirakçılar

Təqdimat: "Mədən sənayesində şəffaflığın vacibliyi" Məruzəçi: Mirvari Qəhramanlı