20 may 2017-ci il. Neftçala şəhəri. Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyətdə” layihəsi üzrə 20.05.2017-ci il tarixində Neftçala rayonunda “Mədən sənayesində şəffaflığın səviyyəsi”nə dair ictimai müzakirə keçirilmişdir. Müzakirədə müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər (QHT təmsilçiləri, neft sənayesində və başqa sahələrdə çalışan işçilər, və s) iştirak etmişdir.
İctimai müzakirədə ekspert Mirvari Qəhramanlı iştirakçılara “Mədən sənayesində şəffaflığın vacibdliyi” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda MHŞT nədir, onun prinsipləri, ictimaiyyət üçün vacibliyi, neft gəlirləri və onun xərc istiqamətləri qeyd olunmuşdur. İctimai dinləmədə iştirak edən insanlar bütün sferaları əhatə etdiyindən iştirakçılar tərəfindən sual daha çox idi. Suallar əsasən hasilat sənayesində şəffaflığın təmin olunmamasından, neft gəlirləri və bu gəlirlərin təsirinin öz rayonlarında niyə hiss etmədikləri ilə bağlı idi. İştirakçıların çoxsaylı suallarına ətraflı izahat verilmişdir. İnsanların mövzuya həssaslığı və verilən suallardan aydın olur ki, rayonda bu sahə üzrə kifayət qədər məlumatlandırılma aparılmamışdır və aparılmır. Səbəblərdən biri də seminar iştirakçılarının əksəriyyətinin müvafiq icra qurumları tərəfindən göndərilən və “müstəqil şərh vermə” hüququna malik olmayan şəxslərdən ibarət olmasıdır. Gələcəkdə məlumatlandırma ilə əlaqədar yeni mexanizmin seçilməsinə ehtiyac duyulur.
Ekspert Mirvari Qəhramanlı
Təqdimat: "Mədən sənayesində şəffaflığın vacibliyi" Məruzəçi: Mirvari Qəhramanlı