Layihənin məqsədləri və fəaliyyət növləri

Layihənin məqsədi diskussiya mərkəzi - Azərbaycanın dayanıqlı inkişafının ən vacib çağırışları və bu çağırışlara cavabları bütün maraqlı tərəflərin (hökumət, yerli və beynəlxalq QHT-lər, beyin mərkəzləri və universitetlər, biznes icması) birgə müzakirə etdiyi diskussiya institutu - yaratmaqdır. 29 dekabr 2012-ci il tarixində Azərbaycan Prezidenti tərəfindən dəstəklənmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində aşağıdakı istiqamətlər üzrə monitorinq həyata keçirilir:

1. Yüksək rəqabətqabiliyyətli iqtisadiyyata doğru;

2. Nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi;

3. Bölgələrin tarazlı inkişafı;

4. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi;

5. İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması;

6. Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi;

7. Vətəndaş cəmiyyətinin inkişafı; mədəni irsin qorunması və səmərəli idarə edilməsi;

8. Ətraf mühitin qorunması və ekologiya məsələləri.