“Qadın Gücünə Güc” layihəsinin məqsədi qadınların regionlarda həm sosial iqtisadi, həm də siyasi həyatda iştirakı və qərarvermə prosesində fəal rol oynaması üçün bacarıqlarının artırılmasıdır. Layihənin hədəf qrupu regionlardan olan 400 nəfər sahibkar qadın, mərkəzi və yerli dövlət orqanlarından 35 nəfər qərar qəbuledici vəzifədə olan qadın, yerli Vətəndaş Cəmiyyəti Təşkilatlarından 25 nəfər qadın və media müsabiqəsi nəticəsində seçilmiş 5 nəfər jurnalistdir. Bu layihə çərçivəsində hədəf regionlardan olan qadınların qərarvermə prosesində fəal iştirak etmələri üçün bilik və bacarıqları gücləndiriləcək. Həmçinin regionlardan olan qadınlar və hökumət/qeyri-hökumət nümayəndələri arasında dialoq üçün mexanizm və şəbəkələr yaradılacaq.
Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər nəzərdə tutulmuşdur:
1) Azərbaycanın beş regionunda kənd qadınlarının siyasi, sosial və iqtisadi iştirakçılığında və qərarverməyə çıxışında olan ümumi və spesifik məhdudiyyətlər üzrə sorğuların keçirilməsi.
2) Gender bərabərliyi, qadınların gücləndirilməsi və ictimai həyatda iştirakçılığı üzrə təlim modulunun yaradılması.
3) Qadınların iştirakçılığının və qərarvermə prosesinə çıxışının gücləndirilməsi üçün siyasi partiyaların qadın nümayəndələri ilə birgə strategiya planının hazırlanması.
4) Yerli KİV-lərdə qadınların iştirakçılığı və gücləndirilməsi haqqında hekayələr üzrə media müsabiqəsi.
5) Qadınlar arasında şəbəkələşməni təmin etmək və resurs mübadiləsi üçün layihə çərçivəsində internet səhifəsinin yaradılması.Www.po wertowomen.az
6) Yerli VCT-lərdən 25 aktiv qadının gələcək təlimçilər kimi gender bərabərliyi və yerli icmalarda qadınların gücləndirilməsi dəyərləri üzrə təlimləndirilməsi.
7) 400-dən artıq yerli icma qadınları üçün qanuni hüquqlar, kommunikasiya bacarıqları və iştirakçılıq mexanizmləri üzrə təlim kursları.
8) Qadınların seçki hüquqlarını və məsuliyyətlərini başa düşmələri üçün siyasi və ictimai iştirakçılığın hüquqi çərçivəsi haqqında xüsusi təlimat kitabçasının hazırlanması.
9) Qadınlar üçün sosial, iqtisadi və siyasi imkanları dəyərləndirmək üçün kənd və şəhər qadınlarının iştirakı ilə Qadın Forumunun təşkil edilməsi.
10) Regionlardan olan sahibkar qadınların istehsal etdiyi məhsulların sərgisi.
11) Sahibkarlıq bacarıqları və iqtisadi prinsiplər haqqında vəsaitin hazırlanması.
12) Yerli icma qadınlarına biznes və sahibkarlıq bacarıqları üzrə təlimlərin keçirilməsi.
13) Yekun konfrans.