"İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş DƏYİRMİ MASA

Bakı, 22 dekabr 2016-cı il - İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının"İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun, Səhiyyə Nazirliyinin, İsveçrə səfirliyinin nümayəndələri və QHT üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə İqtisadi və Sosial İnkişaf Mərkəzinin prezidenti Vüqar Bayramov açmış, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov və Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov iştirakçıları salamlamışlar.

Monitorinqin nəticələri ilə bağlı CESD mütəxəssisi Rəşad Həsənov məruzə etmişdir. Məruzədən sonra CESD prezidenti Vüqar Bayramov və SBİİYF Prezidenti Sabit Bağırov yekun çıxışı ilə tədbir başa çatıb.

Konfransın gündəliyi

İştirakçılar

Təqdimat: Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası: İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması istiqaməti üzrə MONITORINQ HESABATI (Məruzəçi: Rəşad Həsənov)