“Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi” istiqaməti üzrə Monitorinq Hesabatının ilkin müzakirəsinə həsr edilmiş dəyirmi masa

Bakı, 15 noyabr 2016-cı il - İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının "Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi" istiqaməti üzrə Monitorinq Hesabatının ilkin müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə İsveçrənin Azərbaycandakı səfirliyinin nümayəndəsi, ekspertlər və QHT üzvləri iştirak edib..

Tədbiri giriş sözü ilə Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov açmış və iştirakçıları salamlamışdır.

Monitorinqin nəticələri ilə bağlı Samir Əliyev və Abil Bayramov məruzə ediblər.

Konfransın gündəliyi

İştirakçılar

Təqdimat: Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası: Qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi (2013-2016)" istiqaməti üzrə MONITORINQ HESABATI. Samir Əliyev və Abil Bayramov.