SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 16 Noyabr 2018, Cümə
VTB bankı azərbaycanlı ixracatçıları maliyyələşdirməyə hazırdır

Bakı. Hüseyn Vəliyev - Trend

04.07.2018.“Azexport” elektron ticarət portalı və VTB (Azərbaycan) bankı bu gün əməkdaşlıq memorandumu imzalayıb. Trend-in məlumatına görə, sənədə əsasən azərbaycanlı ixracatçılar bankın təmsil olunduğu ölkələrdə ixracın maliyyələşdirilməsi üçün yeni imkanlar qazanacaq.

Bundan başqa, memorandum birgə tədbirlər və konfransların keçirilməsi, biznes-missiyaların təşkili, məlumat mübadiləsinin, o cümlədən yeni sığorta, logistika və nəqliyyat imkanlarının təqdim olunmasını nəzərdə tutur.

Memorandumu “Azexport” portalının rəhbəri Zaur Qardaşov və VTB (Azərbaycan) bankının İdarə heyətinin sədri Yevgeni Kirin imzalayıb.