SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 24 İyun 2019, Bazar ertəsi
Ramin Quluzadə: Nəqliyyat sektoru inkişafını davam etdirəcək (FOTO)

Bakı. Sara İsrafilbəyova - Trend

11.06.2019.Bu gün Bakıda 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi işə başlayıb.

Trend-in məlumatına görə, açılış mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirakçıları ölkədə nəqliyyat sektorunun inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırıb.

O qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir, nəqliyyat və logistika bu prosesin vacib istiqamətlərindəndir.

Öz növbəsində ITE şirkətinin regional direktoru bildirib ki, Edvard Stron bildirib ki, sərgidə 10 ölkədən 75 şirkət iştirak edir.

Sərgi iyunun 13-dək davam edəcək.