SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 22 Oktyabr 2019, Çərşənbə axşamı
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend

25.07.2019.Bu ilin 6 ayı ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində üçün 129,1 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz, maşın və avadanlıqların istehsalı 10,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz artıb.

Dövr ərzində 747 ədəd traktor, 1112 ədəd minik avtomobili istehsal olunub.