SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 22 Oktyabr 2019, Çərşənbə axşamı
QDTİB və PAŞA Bankın tərəfdaşlığı nəticəsində Azərbaycanda beynəlxalq maliyyə institutunun ilk istiqrazlar buraxılışı həyata keçiriləcək

Bakı. Trend

29.07.2019.Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bankın dəstəyi ilə ölkənin kapital bazarlarında milli valyutada istiqrazların buraxılışını həyata keçirəcəkdir.

Sözügedən emissiya beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda həyata keçiriləcək ilk istiqraz buraxılışı kimi tarixə düşəcək. Bu emissiyanın həyata keçirilməsində əsas məsləhətçilik xidmətlərini PAŞA Bank göstərir. İnvestorlar tərəfindən QDTİB-nin sözügedən kağızlarına göstərilən ilkin maraq emissiya həcmini bir neçə dəfə üstələmişdir.

İstiqraz buraxılışı bu ilin avqust ayının 1-də baş tutacaq və açıq auksion metodu ilə həyata keçiriləcək. Emissiyanın şərtləri aşağıdakı kimidir:

Ümumi həcm 10,000,000 AZN

Kupon faizi (illik) 9.25%

Kupon ödənişi Rüblük

Bir istiqrazın nominal dəyəri 1,000 AZN