SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 22 Oktyabr 2019, Çərşənbə axşamı
“Azərbaycan Dəmir Yolları” ilə “Alstom” müqavilə imzaladı

Bakı. Elçin Mehdiyev – Trend

29.07.2019.Bakıda “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında yeni müqavilə imzalanıb.

Trend-in məlumatına görə, müqavilə lokomotivlər parkına dair texniki dəstəyin göstərilməsini nəzərdə tutur.

Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Alstom” şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.