SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Oktyabr 2018, Çərşənbə
Layihələrimiz
Ekspertlərimiz
Rasim Həsənov - Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur. (Rasim Həsənov haqqında daha geniş məlumat buradan əldə etmək mümkündür).
İnqilab Əhmədov - Xəzər Universitetinin İqtisadiyyat və Menecment departamentinin professorudur. (İnqilab Əhmədov haqqında daha geniş məlumat buradan əldə etmək mümkündür).
Azər Mehtiyev – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentidir, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, “Sənayenin iqtisadiyyatı” (İndustrial Economiks”), “Firmanın iqtisadiyyatı”, “Neft sənayesinin iqtisadiyyatı” fənlərindən mühazirələr oxuyur. (Azər Mehtiyev haqqında daha geniş məlumat buradan əldə etmək mümkündür).
Abil Bayramov - Abil Bayramov – 1999-cu ildən bəri “Mülki cəmiyyətə doğru” Mərkəzin (İctimai Birlik) rəhbəridir. Təşkilat yerli özünüidarənin inkişafına yönəlik proqramlar həyata keçirir. (Abil Bayramov haqqında daha geniş məlumat buradan əldə etmək mümkündür).
İlkin Qarayev - 25 ildən artıqdır ki, biznes və konsaltinq sahəsində fəaliyyət göstərir. 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Öz karyerasına 1991-ci ildə bank sektorundan başlamışdır. 1997-ci ildən bəri AzEcoConsulting şirkətinin təsisçisi və prezidentidir.
Kənan Aslanlı - Vyana Tətbiqi Elmlər Universitetinin (Avstriya) qonaq mühazirəçi müəllimi (2013-2015-ci illər), Bremen Universiteti Şərqi Avropa Tədqiqatlar Mərkəzinin (Almaniya) enerji siyasəti layihəsində Azərbaycan üzrə tədqiqatçı (2009-2013-cü illər) kimi çalışıb. (Kənan Aslanlı haqqında daha geniş məlumat buradan əldə etmək mümkündür).
Rövşən Ağayev - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi İdarə Heyətinin sədr müavinidir. 2003-cü ildən etibarən ictimai maliyyə, yerli özünüidarə, resurs gəlirlərindən səmərəli istifadə sahəsində müxtəlif tədqiatların aparılmasında ekspert kimi iştirak edib. (Rövşən Ağayev haqqında daha geniş məlumat buradan əldə etmək mümkündür).
Qalib Bayramov - Azərbaycan milli iqtisadiyyatının problemləri ilə bağlı tədqiqatlar aparan iqtisadçı ekspertdir. Cənab Bayramov 1990-1995-ci illərdə Azərbaycan Dözvlət İqtisad Universitetində təhsil alıb. (Qalib Bayramov haqqında daha geniş məlumat buradan əldə etmək mümkündür).
Samir Əliyev - Media və İctimai Təşəbbüslər Mərkəzinin sədri, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvüdür. O, həmçinin “İqtisadi forum” jurnalının baş redaktorudur. (Samir Əliyev haqqında daha geniş məlumat buradan əldə etmək mümkündür).
Vahid Məhərrəmov - Azərbaycanda kənd təsərrüfatı üzrə aparıcı ekspertlərdən biridir. 1989-cu ildə Leninqrad Kənd Təsərrüfatı İnstitutunu bitirib. Alim-aqronom ixtisasını almışdır. (Vahid Maharramov haqqında daha geniş məlumat buradan əldə etmək mümkündür).