SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
Layihələrimiz
Vahid MƏHƏRRƏMOV

Vahid Maharramov Azərbaycanda kənd təsərrüfatı üzrə aparıcı ekspertlərdən biridir. 1989-cu ildə Leninqrad Kənd Təsərrüfatı İnstitutunu bitirib. Alim-aqronom ixtisasını almışdır.

Vahid Məhərrəmov Rusiya Federasiyası, Pskov vilayəti, Pıtalov Rayon 19 Saylı Kənd Texniki Peşə Məktəbində direktor müavini, Azərbaycan Respublikası Şəmkir Rayon Aqrar Sənaye Birliyində böyük aqronom, Azərbaycan Respublikası Şəmkir Rayonu “İnqilab” Sovxozunun direktoru, Azərbaycan Respublikası Bakı Şəhəri “Qara Torpaq” konsalting MMM- də məsləhətçi, Azərbaycan Respublikası Kənd Təsərrüfatına Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Gəncə Regional Mərkəzində özəl məsləhətçi (Şəmkir rayonunun Düyərli kəndində təlimçi). Azərbaycan Respublikası Bakı Şəhəri “Dağların Neməti” MMC-də məsləhətçi, İqtisadi Tədqiqatlar Mərkəzi, aqrar siyasət üzrə ekspert kimi işlərdə çalışmışdır.

Vahid Məhərrəmov ATƏT-in “İqlim dəyişikliyinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması” layihəsində ekspert, USAID-in “Daxili Resureların Dəyərləndirilməsi (DRD) Azərbaycanda göl balıqçılığının inkişaf perespektivləri” layihəsində ekspert, ATƏT- in “Torpaqların deqradasiyası təbii və antropogen amillər” marifləndirmə layihələrində- təlimçi, QHT-lər Şurasının “Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi” layihəsində layihə rəhbəri, USAID-ın “Örtülü torpaqlarda (istixanalarda) məhsul istehsalı ilə məşğul olan kiçik sahibkarların qarşılaşdıqları inzibati baryerlərin aşkara çıxarılması”- təqdiqat qrupunun rəhbəri, Gübrə Toxum və Pestisid Ticarətçiləri Təşkilatının layihəsində ekspert kimi çalışmışdır.

Vahid Məhərrəmov 1986-1988 – Rusiya Federasiyasının Pskov vilayətinin Pıtalov rayonunda kolxoz və sovxozlarda fermer təsərrüfatının yaradılmasında, aqrar sahədə yeni proqressiv metodların tətbiqində təşkilatçılardan olmuşdur. 1988-1990 –cı illərdə Azərbaycan Respublikasının Şəmkir rayonunda fermer təsərrüfatlarının yaradılmasında ilkin iqtisadi hesablamalar aparmış müqavilə şərtlərini hazırlamış, bu kimi yeni, proqressiv metodların tətbiqini təşkil etmişdir.