SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media-2013
Bakıda "Azərbaycanda kiçik sahibkarlığın inkişafı" adlı konfrans keçirilir
Aynur Əliyeva - APA-Economics.
21 noyabr 2013. Bu gün Bakı Biznes Mərkəzində "Qlobalıq Sahibkarlıq Həftəsi" çərçivəsində "Azərbaycanda kiçik sahibkarlığın inkişafı" adlı konfrans keçirilir.

"APA-Economics"in xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə təşkil olunmuş tədbirdə dövlət qurumları, ictimai birliklər, beynəlxalq təşkilatlar, səfirliklər, beyin mərkəzləri və universitetlərin nümayəndələri iştirak edirlər.

Konfransın açılışında çıxış edənlər Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iş yerlərinin açılması, iqtisadiyyatın daha da inkişafı üçün kiçik sahibkarlığın böyük önəm daşıdığını qeyd edirlər.

USAİD tərəfindən dəstəklənən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsini həyata keçirən ictimai birliklər konsorsiumu tədbirdə müzakirə edilən bütün məsələlər üzrə konkret təkliflər və tövsiyə paketi hazırlanacaq. Konfransda səslənəcək rəylər nəzərə alınaraq, bu tövsiyələrə müvafiq dəyişikliklər ediləcək və bundan sonra təkliflər aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.