SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media-2013
İş adamlarına tətbiq edilən icazə və lisenziyaların ümumi sayı 305-dir
Əfsun - Üç nöqtə
14 iyun 2013. "Azərbaycanda 90 növ fəaliyyət lisenziyalaşdırılır, 46 fəaliyyət üçün icazə, 27 halda xüsusi icazə, 39 halda şəhadətnamə, 19 halda rəy tələb olunur. Ayrı-ayrı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı 305-dir"

Bu fikirləri dünən təşkil olunan "Azərbaycanda sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması: problemlər və həll yolları" adlı dəyirmi masada iqtisadçı ekspert Kənan Aslanlı səsləndirib.

O deyib ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 35, Fövqəladə Hallar Nazirliyi 31, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 26, Kənd Təsərrüfatı Nazirliyi 24, Mərkəzi Bank 18 fəaliyyət üzrə lisenziya və icazələr vermək səlahiyyətinə malikdir: "Lisenziyalar əlavə xərcə, vaxt itkisinə, yeni iştirakçıların bazara çətin girməsinə, biznes məhsuldarlığının azalmasına, rəqabət mühitinin pisləşməsinə səbəb olur".