SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 11 Dekabr 2018, Çərşənbə axşamı
Tədbirlər 2014
Tədbirlər 2014

Gözəllik salonları və çörəkbişirmə sahibkarlıq fəaliyyətləri üzrə mövcud problemlər və onların həlli yolları

29.01.2014. Bu gün ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu  “Gözəllik salonları və çörəkbişirmə sahibkarlıq fəaliyyətləri üzrə mövcud problemlər və onların həlli yollarımövzusunda dəyirmi masa  müzakirələri təşkil edib. Müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər və araşdırmalar barədə məlumat verdi. O bildirdi ki, göstərilən sahibkarlıq fəaliyyətlərinə dair qanunvericiliyin problemləri bu sahədə də çalışan sahibkarların fəaliyyətinə ciddi maneələr yaradır. O qeyd etdi ki, bu cür tədqiqatlar problemin həllinə yardımçı olmaq məqsədi daşıyır.

S.Bağırov bildirdi ki, problemin həlli istiqamətində təklif və tövsiyələrin hazırlanması üçün ABŞ BİA-nın dəstəklədiyi “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Gözəllik salonları və çörəkbişirmə sahibkarlıq fəaliyyətləri üzrə mövcud problemlər və onların həlli yolları” mövzusunda araşdırma aparılıb. Bu günki dəyirmi masada həmin araşdırmanın nəticələri və hazırlanan tövsiyələri sizlərə təqdim edilir. Burada səslənən təkliflər nəzərə alınmaqla araşdırmanın təkmilləşdirilmiş variantı və tövsiyələr hökumətə təqdim ediləcək.

Sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, araşdırmanın müəllifi Rövşən Ağayev “Gözəllik salonları sahibkarlıq fəaliyyəti üzrə mövcud problemlər və onların həlli yolları” mövzusunda təqdimatla çıxış etdi.

R.Ağayev çıxışında tədqiqatın məqsədi barədə məlumat verərək, ölkədə gözəlllik salonu biznesinin mövcud durumu, bu sahə üzrə ixtisaslaşan sahibkarlar üçün hüquqi şərtlər və inzibati maneələr barədə məlumat verdi. Araşdırma nəticəsində məlum olub ki, bu sahə üzrə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində sahibkarların işini çətinləşdirən xeyli problemlər var. Məsələn, nəzarət-kassa aparatlarının tətbiq olunmadığı kiçik obyektlərdə adətən vergi orqanların öz baxışları ilə vergi öhdəliyi müəyyən etməyə çalışırlar ki, bəzən təyin olunan məbləğ sahibkarların real vergi potensialından xeyli yüksək olur.

Ekspert kommunal xidmət orqanları ilə münasibətdə də kiçik sahbkarların problemlərinə də toxunub. Bu xidnmətlərin əldə olunması üçün texniki sənədlərin verilməsilə bağlı şərtlərin kiçik sahibkarlıq subyektləri üçün əlverişli olmamsı xüsusi vurğulanıb. R.Ağayev bildurub ki, texniki şərtin əldə olunması üçün uzun müddət (bəzi hallarda 1 aydan çox) və çoxlu sayda qurumlardan sənədlər tələb olunur, sayğacların quraşdırılması üçün qeyri-rəsmi ödənişlər tələb olunur.

Sonda R.Ağayev əksərsalonlarda çalışanların bilavasitə özlərinə və onların istifadə etdiyi avadanlıqlara, materiallara qarşı qoyulan texniki tələblərdən və qanunvercilik normalarından tam xəbərsiz olmasına diqqət çəkib.

Sonra İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov çörəkbişirmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik müəssisələrin mövcud problemləri haqqında ümumi məlumat verərək, bu sahə ilə bağlı təqdimatla çıxış etmişdir. O, son dövrlər böyük çörəkbişirmə müəssisələrinin yaradılması səbəbbindən kiçik çörək sexlərinin bazardan sıxışdırılıb çıxardığını bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün başlıca problem olduğunu çıxışında bildirmişdir. Belə ki, böyük çörəkbişirmə müəssisələrinin dövlət və qeyri dövlət qrumlarından güzəştli kreditlərlə təmin olunduğu halda, bu işlə məşğul olan kiçik sahibkarların belə imkanlardan məhrum olması onlara dəyən ən böyük zərbə olmuşdur. Maliyyə imkanları zəif olan kiçik çörəkbişirmə sexləri öz maddi-texniki bazalarını müasir standartlara uyğun qura bilməmələri bir tərəfdən onları rəqabətdə uduzmağa gətirib çıxarırsa, digər tərəfdən həmin sahibkarların cərimələnməsinə səbəb olur. R. İmanovun sözlərinə görə apardıqları tədqiqat nəticəsində məlum olmuşdur ki, bu işlə məşğul olan sahibkarlar işlərinin zəifləməsinin səbəbini onları mütamadi cərimələyən dövlət orqanları deyil, maddi imkanlarının zəif olması ilə əlaqələndirmişdirlər. Başqa sözlə desək, maliyyə imkanlarının aşağı olması səbəbbindən tələb olunan müasir standartları tətbiq edə bilmirlər və nəticədə cərimə olunurlar. Təqdimatçı çörəkbişirmə sahəsində kiçik sahibkarların qarşılaşdıqları digər bir əsas problem kimi bu müəssisələr üçün nəzərdə tutulan xüsusi təyinatlı qaz sayğaclarının baha olmasını bildirmişdir. Bu sayğaclar yeddi min manat civarındadır və sıradan çıxdıqda müəssisənin illik gəlirini təqribən 50% azaldır. Sonda R.İmanov ölkədə fəaliyyət göstərən təxminən min belə çörəkbişirmə müəssisəsini bu acınacaqlı vəziyyətdən çıxarmaq üçün güzəştli kredit imkanlarının yaradılmasının vacibliyini vurğulamışdır.

Sonda tədbir iştirakçılarının çıxışları dinlənilmişdir.