SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 23 Aprel 2018, Bazar ertəsi
Tədbirlər 2014
Tədbirlər 2014

Azərbaycanda sahibkarlıq mühiti və sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərin müzakirəsi

04.04.2014. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi (KOMİYM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının toplantılar zalında “Azərbaycan Respublikasında sahibkarlıq mühiti və sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərin müzakirəsi” mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masada aidiyyatı olan nazirliklərin vəölkənin aparıcı şirkətlərinin təmsilçiləri, hüquqşünaslar və ekspertlər iştirak ediblər.

Dəyirmi Masa iştirakçılarını salamlayan SBİİYF sədri Sabit Bağırov əvvəlcə layihə barədə qısa məlumat verib və “Azərbaycanda sahibkarlıq mühiti və sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərin müzakirəsi” mövzusunda məruzə ilə çıxış edib.

Dəyirmi masada təqdim edilən ikinci məruzədə KOMİYM rəhbəri İlkin Qarayev "Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması yolları" mövzusunda çıxış edib.

Hər iki mövzu üzrə müzakirələr aparılıb.

Fasilədən sonra tədbir iştirakçıları Sabit Bağırovun "Elektrik təcizatı şəbəkəsinə qoşulma prosedurlarının sadələşdirilməsi istiqamətləri" mövzusunda çıxışını dinləyiblər. Bununla bağlı aparılan müzakirələrdən sonra tədbir başa çatıb.

Azərbaycanda sahibkarlıq mühiti və sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərin müzakirəsi. Sabit Bağırov.

Gündəlik

Agenda

İştirakçılar

Fotoqalereya