SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 15 Avqust 2018, Çərşənbə
Tədbirlər 2014
Tədbirlər 2014

Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərin müzakirəsi

23.04.2014. Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi Sahibkarlığın və Bazar iqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birlikdə 2014-cü il aprelin 23-də “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərin müzakirəsi”na həsr edilmiş dəyirmi masa təşkil edib.  Dəyirmi masa Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının toplantılar zalında baş tutub.

Dəyirmi masada aşağıdakı məsələlərin müzakirəsi aparılıb:

  • Azərbaycan Respublikası Prezidentinin  “Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər haqqında” 2014-cü il Martın 3 tarixli Fərmanında göstərilən istiqamətlər ;
  • "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə dair təkliflər.
  • Tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflər

Tədbiri giriş sözü ilə açan Sahibkarlığın və Bazar iqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib ki, tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “Kiçik sahibkarlığa dəstək layihəsi” (2012-2017) çərçivəsində təşkil olunub və layihənin məqsədi Azərbaycanda kiçik sahibkarlığın inkişafın təmin edən biznes mühitin yaxşılaşdırılmasıdır. Onun sözlərinə görə, layihə şərçivəsində kiçik sahibkarlıq subyektlərinin inkişafına maneələr üzrə hökumət və vətəndaş cəmiyyəti arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi, qanunvericiliyin və institusional sistemin təkmilləşdirilməsi və kiçik sahibkarlıq subyektlərinin (o cümlədən qadın – ailə bizneslərin) uğurlu inkişafına yönələn təkliflər hazırlanacaq.

S.Bağırovun qeyd edib ki, bu il martın 3-də Azərbaycan Respublikasının Prezidenti “Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb və burada 8 vacib istiqamətlər var. Dəyirmi masada gündəlikdə nəzərdə tutulan məsələlərə dair təkliflərimiz müzakirəyə çıxarılıb. Biz yekunda Fərmanda nəzərdə tutulan istiqamətlər üzrə vətəndaş cəmiyyəti olaraq təkliflərimizi hökumətə təqdim edəcəyik.

Ekspert Eldar Gocayev "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə dair təkliflər" mövzusunda təqdimat edib. Təqdimat üzrə müzakirələr aparılıb.

Fasilədən sonra Sabit Bağırov "Tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə" hazırlanmış təklifləri səsləndirib. Çıxışdan sonra təkliflər müzakirə edilib.

"Tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə" təkliflər. Sabit Bağırov.

Dəyirmi masanın gündəliyi

İştirakçılar

Fotoqalereya