SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 11 Dekabr 2018, Çərşənbə axşamı
Tədbirlər 2015 Tədbirlər 2015
“Sahibkar hüquqlarının məhkəmələrdə müdafiəsi" mövzusunda Dəyirmi Masa

18.02.2015. Bu gün Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında “Sahibkar hüquqlarının məhkəmələrdə müdafiəsi" mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masada sahibkarlar, hüquqşünaslar, ictimai birliklərin nümayəndələri və ekspertlər iştirak ediblər.

Dəyirmi Masada İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Abil Bayramov “Sahibkar hüqaqlarının məhkəmələrdə müdafiəsi”mövuzusunda məruzə etdi. Məruzəçi 2014-cü ildə keçirilmiş monitorinqin nəticələri barədə dəyirmi masa iştirakçılarını məlumatlandırdı.

Sonra tədbir iştirakçılarının məruzəçiyə ünvanladığı suallar cavablandırıldı və mövzu ətrafında müzakirələr aparıldı.

İştirakçılar

Fotoqalereya