SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 21 İyun 2018, Cümə axşamı
Tədbirlər 2016 Tədbirlər 2016

Sahibkar olmaq istəyən qadınlar üçün təlim

2016-cı il aprelin 29-da Gəncə şəhərində sahibkarl olmaq istəyən qadınlar üçün təlim keçirilmişdir. Təlim "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən keçirilmişdir.

Təlimdə 18 gənc tələbə xanım iştirak etmişdir.

Tədbir "Gələcəyə Körpü" İctimai Birliyinin ofisində keçirilmişdir.

Təlimçilər Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) prezidenti Sabit Bağırov və Kiçik və Orta Sahibkarlığın İnkişafına Yardım Mərkəzinin rəhbəri, Azekokonsaltinq Şirkətinin prezidenti İlkin Qarayev olmuşdur.

İştirakçılara aşağıdakı mövzularda təlim keçirilmişdir:

 Biznes ideya nədir

 Biznes ideyanın ilkin qiymətləndirilməsi

 Biznes ideyanın həyata keçirilməsi şərtləri

 Uğurlu biznesin sirləri

 Biznes plan nədir

 Biznes planlaşma hansı mərhələrdən keçir

 Biznes plana əsas tələblər

 Biznes planın strukturu

 Bazar araşdırması

 Risklərin araşdırılması

 Biznes Plan nümunəsi

Təlimin sonunda təlimçilər iştirakçıların suallarını cavablandırmışdır.

Təlimçilər vurğulamışlar ki, iştirakçılar Skype vasitəsilə ilə ekspertlərdən müxtəlif sahibkarlıq məsələlərinə dair məsləhətlər ala bilərlər.

Təlim interaktiv qaydada və qarşılıqlı müzakirələr şəraitində keçmişdir.

Təlimin sonunda işitakçılara sertifikatlar təqdim olunmuşdur.

Dəyirmi masanın gündəliyi

İştirakçılar

Fotoqalereya