SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 18 İyul 2019, Cümə axşamı
Tədbirlər 2018

Tədbirlər

Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində "Azərbaycanda qadın sahibkarlığının inkişafı" mövzusunda konfrans keçirilib.

Bakı, 14 noyabr 2018-ci il - ABŞ İnkişaf Agentliyinin dəstəyi ilə Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Bakı Park İnn otelində "Azərbaycanda qadın sahibkarlığının inkişafı" mövzusunda konfrans keçirilib. Konfransda Bakıdan və regionlardan gəlmiş sahibkar qadınlar, qadın biznes assosiasiyaları və nazirliklərin nümayəndələri, diplomatik nümayəndəliklər, Avropa Yenidənqurma və İnkişaf Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, dövlət qurumları və vətəndaş cəmiyyəti təmsilçiləri, jurnalistlər və ekspertlər iştirak etmişlər. Konfransa ümumilikdə 50-dən çox iştirakçı qatılmışdı.

Press-reliz

Gündəlik

İştirakçılar

Təqdimat: 500 qadin kiçik sahibkarliq subyekti arasinda keçirilmiş sorğunun nəticələri. İlkin Qarayev

Fotoqalereya