SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 22 Aprel 2019, Bazar ertəsi
Tədbirlər 2018

Tədbirlər

“Gender bərabərliyi və sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

2018-ci ilin oktyabr, noyabr və dekabr aylarında ölkənin 20 şəhər və rayonunda qadın sahibkarlar üçün 13 günlük "Öz Biznesinə Başla" təlimləri keçirilib.

Təlimlərdə bu şəhər və rayonlardan olan qadınlar iştirak edib:
1) Bakı,
2) Abşeron,
3) Quba,
4) Xaçmaz,
5) Sumqayıt,
6) Şirvan,
7) Hacıqabul,
8) Neftçala,
9) Cocuq-Mərcanlı,
10) Füzuli ,
11) Mingəçevir,
12) Şamaxı,
13) Qəbələ,
14) İsmayıllı,
15) Qax,
16) Balakən,
17) Tovuz,
18) Qazax,
19) Ağstafa,
20) Gəncə.
Naxçıvanda və Bakıda (3-cü) növbəti rübdə keçiriləcək.

İştirakçılar təlimlərin 1-ci və 2-ci günlərinin hər birində ayrıca qeydiyyatdan keçmişlər. Təlimlərin 1-ci günü cəmi 355, ikinci gün isə 310 qadın iştirak edib.

Aşağıdakı cədvəl təlimlərin keçirildiyi tarixləri və iştirakçıların sayını əks etdirir.

Təlimin keçirildiyi yer (birinci qeyd edilir) və digər rayondan da iştirakçılar

Tarix

Iştirakçıların sayı,
1-ci + 2-ci gün

1

Bakı - Abşeron

08-09 Oktyabr

15+15

2

Quba - Qusar

10-11 Oktyabr

24+20

3

Xaçmaz

12-13 Oktyabr

29+21

4

Sumqayıt

15-16 Oktyabr

48+34

5

Bakı (2-ci)

10-11 Noyabr

26+20

6

Şirvan – Hacıqabul - Neftçala

12-13 Noyabr

29+29

7

Cocuq-Mərcanlı - Fizuli

14-15 Noyabr

19+10

8

Mingəçevir

16-17 Noyabr

27+27

9

Şamaxı

8-9 Dekabr

26+25

10

Qəbələ - İsmayıllı

10-11 Dekabr

27+26

11

Qax - Balakən

15-16 Dekabr

27+26

12

Tovuz - Qazax - Aqstafa

17-18 Dekabr

28+27

13

Gəncə

24-25 Dekabr

30+30

14

Naxçıvan

Yanvar

 

15

Bakı (3-cü)

Yanvar

 

Təlimlərə hazırlıq 2018-ci ilin avqustundan başlayıb. Təlim proqramına aşağıdakı komponentlər daxil edilib:

- biznes ideyalar

- sahibkarlıq

- biznesə necə başlamalı və qeydə aldırmalı

- vaxtın idarəedilməsi

- maliyənin idarəedilməsi

- biznes plan

- innovasiya

- vergilər

- sərmayə qoyuluşu

Fəaliyyətə 2018-ci ilin avqustunda təlim proqramının yazılması ilə başlanılıb. Proqram UNDP, Counterpart və Sahibkarlar Konfederasiyası ilə birgə hazırlanıb. Təlimçi Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov idi.

Gündəlik

İştirakçılar: Bakı-1, Bakı-2, Sumqayıt, Xaçmaz, Quba, Şirvan, Cocuq Mərcanlı, Mingəçevir, Şamaxı, Qəbələ, Qax, Tovuz, Gənjə