SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 23 Aprel 2018, Bazar ertəsi
Tədbirlər 2017

Tədbirlər 2017

“Vətəndaş cəmiyyətinin inkişafı” istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş EKSPERT MÜZAKİRƏSİ

Bakı, 24 fevral 2017-cı il - Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" layihəsi "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının “Vətəndaş cəmiyyətinin inkişafı” üzrə ekspert müzakirəsi keçirib. Tədbirdə İsveçrə səfirliyinin nümayəndəsi və vətəndaş cəmiyyəti üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov açmış, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov iştirakçıları salamlamışdır.

“Vətəndaş cəmiyyətinin inkişafı” mövzusunda Zaur İbrahimli məruzə edib. Daha sonra məruzəçi tədbir iştirakçılarının suallarını cavablandırıb. Sonda Sabit Bağırovun yekun çıxışı ilə tədbir başa çatıb.

Gündəlik

İştirakçılar

Təqdimat: “Vətəndaş cəmiyyətinin inkişafı”. Məruzəçi: Zaur İbrahimli

Fotoqalereya