09.04.2014. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİF) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının toplantılar zalında “Azərbaycan Respublikası Prezidentinin 03 mart 2014-cü il fərmanında nəzərdə tutulan istiqamətlərin təkmilləşdirilməsi və çörəkbişirmə biznesində inzibati baryerlərin müəyyənləşdirilməsi ilə bağlı tədqiqatın yekunları"na həsr olunmuş dəyirmi masa keçirib. Dəyirmi Masada aidiyyatı olan nazirliklərin və ölkənin aparıcı şirkətlərinin təmsilçiləri, hüquqşünaslar və ekspertlər iştirak ediblər.
Tədbirin açılışında SBİİYF sədri Sabit Bağırov və İTM sədri Qalib Toğrul iştirakçıları salamladıqdan sonra layihə eksperti Rəcəb İmanov "Çörəkbişirmə biznesində inzibati baryerlərin müəyyənləşdirilməsi ilə bağlı tədqiqiatın yekunları, Bələdçinin hazırlanması" mövzusunda məruzə edib.
Müzakirələrdən sonra layihə eksperti Qubad İbadoğlu "Korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı təkliflərin təqdimatı" ilə çıxış edib. Çıxışdan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Fasilədən sonra tədbir iştirakçıları Qubad İbadoğlunun "İdxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərin təqdimatı" mövzusunda çıxışını dinləyiblər. Bununla bağlı aparılan müzakirələrdən və sual-cavabdan sonra yekun sözü ilə Sabit Bağırov çıxış edib.
Çörəkbişirmə biznesində mövcud biznes mühitinin qiymətləndirilməsi. Rəcəb İmanov, layihə eksperti.
Korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı təkliflərin təqdimatı. Qubad İbadoğlu, layihə eksperti.
İdxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərin təqdimatı. Qubad İbadoğlu, layihə eksperti.