25 iyun, 2019. Bakı, Holywood Inn oteli. Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) “Qadınlar üçün qadağan olunmuş sahələr: qadağaların aradan qaldırılmasının vaxtı deyilmi?” mövzusunda təşkil etdiyi konfrans keçirilib. Konfransda ABŞ səfiri Erl Litzenberger, USAID-in Azərbaycandakı missiyasının direktoru Singh Jaidev, Milli Məclisin deputatı Vahid Əhmədov, hökumət qurumlarının, QHT-lərin təmsilçiləri iştirak edib.
Qadin əməyi qadağan olunan iş yerləri və peşələrə dair aparilmiş araşdirma üzrə HESABAT. Müəlliflər: Hafiz Hacıyev (hüquqşünas), Əliməmməd Nuriyev (hüquqşünas).