19 dekabr 2019-cu il. Bakıda "Azərbaycanda biznesin tədrisi: mövcud vəziyyət və inkişaf yolları" mövzusunda konfrans keçirilib.
Konfransda hökumət nümayəndələri, biznes birlikləri və QHT nümayəndələri, qadın sahibkarlar, ABŞ-ın Beynəlxalq İnkişaf agentliyinin (USAID) nümayəndələri və jurnalistlər də daxil olmaqla 44 nəfər iştirak edib. Konfrans iştirakçılarını salamlayan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov bildirdi ki, konfransın məqsədi biznesin tədrisi sahəsində problemlərin aşkarlanması və onların həlli yollarını müzakirə etməkdir.
Konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, USAID / Azərbaycan Missiyasının direktoru Jaidev Singh, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev, Kiçik və Orta Sahibkarlığın İnkişafına Yardım Mərkəzinin direktoru İlkin Qarayev, iqtisadçı ekspert Elçin Rəşidov, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA)-FSİC proqram rəhbəri Mehriban Yusifova, Xəzər Universitetinin professoru Fuat Rəsulov, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul və biznes təlimçisi Azad Rəhimov məruzə ilə çıxış etdilər.
Konfrans sual-cavab sessiyası ilə başa çatdı. Konfransın sonunda Sahibkarlığın İnkişafı Fondunun prezidenti Sabit Bağırov bildirib ki, problemlər və onların həlli üçün tövsiyələr ümumiləşdiriləcək və təkliflər paketi aidiyyəti orqanlara təqdim ediləcək.
Təqdimatlar:
Biznesin tədrisi vəziyyəti və perspektivlər. Cavanşir Abdullayev, Azərbaycan Bank Tədris Mərkəzinin direktoru. 19 dekabr 2019-cu il.
Biznes təhsili bu gün və sabah. İlkin Qarayev, Kiçik və Orta Biznesin İnkişafına Yardım Mərkəzinin direktoru. 19 dekabr 2019-cu il.
10-11-ci sinif şagirdi olan məktəbli qızlar arasında keçirilmiş üzbəüz rəy sorğusunun nəticələri. İlkin Qarayev, Kiçik və Orta Biznesin İnkişafına Yardım Mərkəzinin direktoru. 19 dekabr 2019-cu il.
İşgüzar ali təhsil. Elçin Rəşidov, iqtisadçı-ekspert. 19 dekabr 2019-cu il.
Azərbaycanda biznesin tədrisi: Mövcud vəziyyət və inkişaf yolları. Fuat Rəsulov. 19 dekabr 2019-cu il.
Biznesin tədrisi. AMFA və FSİC təcrübəsi. Mehriban Yusifova, AMFA-FSİC proqram rəhbəri. 19 dekabr 2019-cu il.
Sıfırdan biznes quranlara (girişimçilərə) dövlət dəstəyi: Türkiyə təcrübəsi. Qalib Bayramov, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri. 19 dekabr 2019-cu il.
Konfrans KİV-lərdə